Aktyor Şəhriyar Əbilov karyerası və xarici layihələrdə iştirakı ilə bağlı maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, Hollivuda dəvət alan ilk azərbaycanlı aktyor olduğunu iddia edib.
Sənətçi "Kəşfət" proqramında qonaq olarkən Yaponiyada nümayiş etdirilən və yüksək izlənmə göstəriciləri əldə edən serialda iştirakından danışıb. Onun sözlərinə görə, ekran işinin yayımlanmasından sonra yapon tamaşaçılarının Azərbaycana marağı xeyli artıb.
Əbilov qeyd edib ki, ölkəyə səfər etmək istəyən yapon turistlər çəkiliş məkanlarını onunla birlikdə gəzmək üçün hətta ödəniş etməyə də hazırdırlar.
Aktyor layihədəki fəaliyyətindən əldə etdiyi qazancın məbləğini də açıqlayıb:
"Turistlər Azərbaycana gəlmək istəyirlər. Hətta pul təklif edirlər ki, mən onlarla gedib filmin çəkildiyi yerləri gəzim. 15-20 günlük çəkilişdən 50 min qazandım. Dövlətə vergimi də ödədim".