Usta iş başında öldü

6 Noyabr 2026 11:15

Oğuzda usta iş başında vəfat edib.

Milli.Az xəbər verir ki, Oğuz şəhər sakini Əhmədov Ramiz Kazım oğlu H.Əliyev prospektində yerləşən evdə təmir-suvaq işləri görərkən qəfil dünyasını dəyişib.

Onun ürəktutmadan öldüyü bildirilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.\"Qafqazinfo"

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)