Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır

6 Noyabr 2026 11:05

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72 milyon 355,2 min manat vəsait ayrılacaq.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bu, ötən illə müqayisədə 38,95 % çoxdur.

Sənədə əsasən, həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 334 min manatı sosial ödənişlərə, 762 min 600 manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1 milyon 385 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)