Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb

6 Noyabr 2026 10:36

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.

1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəllər yüksək vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)