Bakı aeroportunda Hindistan vətəndaşı öldü

6 Noyabr 2026 10:18

Heydər Əliyev Beynəlxalq Aeroportunda Hindistan vətəndaşı vəfat edib.

Trend-in məlumatına görə, hadisə noyabrın 5-də saat 19:00 radələrində baş verib.

Belə ki, Milan-Bakı-Dehli marşrutu üzrə tranzit səfər edən Hindistan vətəndaşının hava limanının ərazisində səhhəti pisləşib və o, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)