Misli Premyer Liqasında bu gün növbəti turun oyunlarına start veriləcək.
Milli.Az xəbər verir ki, çempionatın 10-cu turunun ilk günündə futbolsevərləri iki maraqlı qarşılaşma gözləyir.
Günün açılış matçında "Qarabağ" Tovuzun "Turan Tovuz" kollektivini qəbul edəcək. Turnir cədvəlində 19 xalla üçüncü pillədə qərarlaşan Ağdam təmsilçisi 18 xalı olan və dördüncü sırada yer alan rəqibi ilə üz-üzə gələcək.
Turun digər görüşündə isə "Neftçi" ilə "Kəpəz" münasibətlərinə aydınlıq gətirəcək. 21 xalla çempionatın zirvəsində qərarlaşan paytaxt klubu beşinci yerdəki Gəncə təmsilçisini sınağa çəkəcək. "Kəpəz"in aktivində hazırda 17 xal var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)