Dünyaca məşhur "Chanel" brendinin "Allure Homme" adlı kişi ətri Avropa İttifaqı ölkələrində satışdan yığışdırılıb.
Milli.Az xəbər verir ki, buna səbəb məhsulun bir partiyasında Avropa İttifaqında kosmetik vasitələrin tərkibində istifadəsi qadağan olunan lilial maddəsinin aşkar edilməsidir.
Mütəxəssislərin məlumatına görə, lilial komponenti insan sağlamlığı üçün risk yarada bilər. Belə ki, bu maddənin reproduktiv sağlamlığa mənfi təsir göstərmək, eləcə də dəridə güclü allergik reaksiyalara səbəb olmaq ehtimalı var.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)