Türkiyə sahilləri yaxınlığında yerləşən Egey dənizində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 3,9 olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, hadisə yerli vaxtla saat 04:16-da, Bakı vaxtı ilə isə 05:16-da baş verib.
Təkanların episentri Çanaqqala vilayətinin Ayvacık rayonundan təxminən 55 kilometr aralıda müəyyən edilib. Yeraltı silkələnmənin mənbəyi 9,29 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin İstanbul da daxil olmaqla, Türkiyənin bir neçə böyük şəhərində hiss edildiyi bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)