Türkiyənin məşhur "Sihirli Annem" serialındakı "Perihan" rolu ilə yaddaşlarda qalan təcrübəli aktrisa Gül Onat mədəaltı vəzi xərçənginə qarşı mübarizəsini davam etdirir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk dəfə 2023-cü ildə üzə çıxan xəstəliyin bağırsaqlara yayıldığını və ciddi cərrahi əməliyyatlara ehtiyac yaratdığını açıqlayan 73 yaşlı aktrisa yenidən pərəstişkarlarının qarşısına çıxıb.
Kimyaterapiya müalicəsi zamanı saçlarını qırxdıran Onat hazırkı görünüşü sevənlərini üzüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)