Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq

5 Noyabr 2026 23:05

Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq", - məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında isə saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq:

"Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək".

Xatırladaq ki, hər iki rayonda bu gün də təmir işləri aparılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)