Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib

5 Noyabr 2026 21:13

Afyonkarahisarda güllələnən qadınlardan biri xəstəxanada vəfat edib.

Milli.Az xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a yüksəlib.

--------

Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.

İki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.

Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.

İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.

Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)