“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı

5 Noyabr 2026 17:32

İspaniyanın "Barselona" komandası braziliyalı hücumçusu Rafinya ilə müqavilənin müddətini uzadıb.

Milli.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, tərəflər arasında əvvəlki müqavilə 2028-ci ilin yayında başa çatmalı idi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)