Bakıda yağış yağır - Faktiki hava

5 Noyabr 2026 17:14

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Mingəçevirdə 18 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Quba, Şabran və Qobustanda isə arabir yağış yağır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)