Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı

5 Noyabr 2026 15:30

Almaniyanın "Bavariya" klubu ingiltərəli hücumçusu Harri Keynlə əməkdaşlığını davam etdirmək qərarına gəlib. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, yeni sözləşmə 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.

2023-cü ilin yayında Münhen təmsilçisinə qoşulan Keyn qısa müddətdə komandanın əsas qol silahına çevrilib. O, bu müddət ərzində "Bavariya" ilə iki dəfə Bundesliqanın qalibi olub, Almaniya Kubokunu və iki dəfə Frants Bekkenbauer Superkubokunu qazanıb.

Hücumçu Almaniya klubunun heyətində keçirdiyi 161 rəsmi oyunda 156 dəfə rəqib qapılarına yol tapıb. Bu göstərici ilə o, həm ölkə çempionatında, həm də Avropa futbolunda bir sıra rekordlara imza atıb.

Keyn Münhendəki çıxışının hər mövsümündə Bundesliqanın ən məhsuldar futbolçusu adını qazanıb. Bundan başqa, 2026-cı ildə Almaniyada ilin futbolçusu seçilib. O, 2023/2024 və 2025/2026 mövsümlərində Avropanın ən yaxşı bombardiri kimi "Qızıl buts" mükafatına layiq görülüb.

Qeyd edək ki, İngiltərə millisinin kapitanı olan Harri Keyn yayda Kanada, Meksika və ABŞ-nin ev sahibliyi etdiyi dünya çempionatında yığması ilə üçüncü yeri tutub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)