Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)

5 Noyabr 2026 15:20

Türkiyəli müğənni Mustafa Sandal İstanbul səhnəsində pərəstişkarlarının qarşısına çıxıb.

Milli.Az xəbər verir ki, konsert zamanı sevilən mahnılarını ifa edən sənətçi bu dəfə təkcə musiqisi ilə deyil, xarici görünüşündəki dəyişikliklə də gündəmə gəlib.

Saçlarını əvvəlkindən xeyli qısa kəsdirən müğənninin yeni imici sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Onun fərqli görünüşü izləyicilər arasında maraq doğuraraq müzakirələrə yol açıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)