Ulduz futbolçu Kriştianu Ronaldonun sahiblərindən biri olduğu İspaniyanın "Almeria" klubu təqdirəlayiq addım atıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klub bundan sonra "Tenerife" ilə oynayacağı matçlarda əldə olunacaq gəliri vəfat edən futbolçu Xesus De Migelin qızına bağışlayacaq.
Bu barədə klub rəsmi məlumat yayıb.
Qeyd edək ki, Xesus De Migel "Andorra" klubu ilə oyunda rəqib qapıçı Xesus Onovo ilə toqquşaraq həyatını itirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)