Qaxda BMW aşdı: Xəsarət alan var

5 Noyabr 2026 10:29

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Qax-Qorağan yolunda qeydə alınıb.

Qax rayon sakini, 1986-cı il təvəllüdlü Paşa Yəhyayev BMW markalı avtomobilə idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində P.Yahyayev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)