Satmaq öhdəliyi ilə kirayə götürülən mənzillərin başqa şəxslərə kirayə verilməsi müəyyən şərtlərlə mümkündür.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, bu mənzillər, əsasən, kirayəçinin və ailə üzvlərinin şəxsi yaşayışı üçün nəzərdə tutulub.
Lakin zəruri hallarda mənzilin başqa şəxsin istifadəsinə verilməsinə icazə verilə bilər. Bunun üçün kirayəçi əsaslandırılmış səbəbləri göstərməklə Fonda rəsmi müraciət etməlidir.
Qeyd edək ki, müraciət müvafiq qaydada araşdırıldıqdan sonra qərar qəbul olunur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)