"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Bakıya səfər edib.
Milli.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi paytaxtda çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Yaxşı övlad doğma evinə qayıdar" sözlərini yazaraq Bakıya dönüşünü ifadə edib.
Qeyd edək ki, Riçard Almeyda 2025-ci ildə "Qarabağ"dan ayrılıb. Hazırda braziliyalı futbolçu ölkəsinin "Primavera" komandasında karyerasını davam etdirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)