"Fənərbaxça" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
Milli.Az xəbər verir ki, Türkiyə təmsilçisi IV tur çərçivəsində doğma meydanda İngiltərənin "Liverpul" klubu ilə qarşılaşıb.
İstanbul nəhəngi iki dəfə hesabda geri düşməsinə baxmayaraq oyunda geridönüş yaratmağı bacarıb. Komanda 3:2 hesablı qələbəyə sevinib.
Çempionlar Liqası, Liqa mərhələsi
IV tur
4 noyabr
21:45. "Fənərbaxça" - "Liverpul" 3:2
Hakim: Kleman Turpen (Fransa)
"Chobani", İstanbul
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)