"Möhtəşəm yüz il" serialında "Hürrəm Sultan" obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gəlib.
Milli.Az xəbər verir ki, aktrisa "İmroz'da Bahar" filminin qala gecəsi üçün Bakıya təşrif buyurub. Qırmızı xalıya çıxan sənətçi ilk dəfədir Azərbaycanda olduğunu bildirib:
"İlk dəfədir Bakıdayam. İnanılmaz dərəcədə xoşbəxt oldum. Hamınız sevgi ilə buradasınız. Kaş ki, sizi tək-tək qucaqlayardım".
Qeyd edək ki, sözügedən ekran işində aktyor Halit Ergenç də rol alıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)