Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarəniki ünvanda təmir işlərinə başlanılacaq.
Milli.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bildirilib ki, təmir işləri ilə əlaqədar sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən qeyd olunan ərazilərdə hərəkət edərkən diqqətli olmaları, yol nişanlarının tələblərinə riayət etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)