Fonseka klubdan ayrılır

4 Noyabr 2026 19:56

"Lion" baş məşqçi Paulo Fonsekanın klubdan ayrıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu haqda Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, Portuqaliyanın "Sportinq" klubuna qoşulacaq.

Mənbənin bildirdiyinə görə, "Sportinq"dən iş təklifi aldıqdan sonra Fonseka "Lion" rəhbərliyinə mövsümün gedişində komandadan ayrılmaq niyyətində olduğunu bildirib. Qeyd olunur ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsi müqabilində Portuqaliya klubu "Lion"a 5 milyon avro təzminat ödəyəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)