Ev almaq istəyənlərə şad xəbər

4 Noyabr 2026 14:32

Azərbaycanda 2027-ci ildə ipoteka kreditləşməsinin maliyyələşdirilməsi üçün əlavə 89 milyon manat ayrılması nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, həmin vəsait Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına yönəldiləcək.

Bildirilib ki, dövlət büdcəsindən ayrılması nəzərdə tutulan 89 milyon manat əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)