“Qarabağ”ın futbolçusu ilk dəfə ölkəsinin millisində

4 Noyabr 2026 14:39

"Qarabağ"ın ukraynalı futbolçusu Aleksey Kaşuk ilk dəfə ölkəsinin əsas millisinə dəvət alıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Futbol Assosiasiyası yayıb. 

Qeyd edək ki, 26 yaşlı oyunçu baş məşqçi Andrea Maldere tərəfindən UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün açıqlanan 25 nəfərlik əsas heyətə düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)