Qərbi Kaspi Universitetində "Tədqiqat, Əməkdaşlıq, Elmi İnnovasiyalar və Onların Yayılması" mövzusunda Beynəlxalq Simpozium keçirilib.
Milli.Az xəbər verir ki, Qərbi Kaspi Universitetinin Həyat Elmləri Mərkəzinin direktoru Rəşid İqbalın sözlərinə görə, tədbirdə çıxış edən universitetin Həyat Elmləri üzrə direktoru yerli elmi araşdırmaların qlobal səviyyəyə çıxarılmasının vacibliyini vurğulayıb. Simpozium çərçivəsində tələbələrə "Scopus", "Web of Science" və "Google Scholar" kimi nüfuzlu elmi bazalardan səmərəli istifadə qaydaları öyrədilir və tədqiqatın praktiki faydaları izah olunur.
Qeyd olunub ki, bu elmi tədbirin davamı olaraq noyabrın 5-6-da tələbələr üçün "Dağlar, mədəniyyətlər və elmi innovasiyalar" mövzusunda növbəti beynəlxalq konfrans da keçiriləcək.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)