Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ

4 Noyabr 2026 11:19

3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.

Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)