Xalq artisti Röya Ayxan qatıldığı tədbirlərdən birində səhnəyə çıxaraq ifalarını təqdim edib.
Milli.Az xəbər verir ki, pop ulduzun bu dəfəki çıxışı ilə yanaşı, geyim seçimi də diqqətdən yayınmayıb. Müğənninin səhnə üçün seçdiyi idman üslublu geyim izləyicilərin marağına səbəb olub.
Röya Ayxanın fərqli obrazı sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. İfaçının səhnə tərzi izləyicilər tərəfindən bəyənilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)