İran ordusunun zabiti öldürüldü

4 Noyabr 2026 11:06

Sistan və Bəlucistan əyalətində silahlı şəxslərin hücumu nəticəsində quru qoşunların 377-ci səyyar hücum briqadasının zabiti Cavad Heşməti həlak olub, başqa bir hərbçi isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

Hücumun məsuliyyətini Xalq Döyüşçüləri Cəbhəsi öz üzərinə götürüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)