“Qalatasaray”lı Batrakovun xanımından gözlənilməz qərar

4 Noyabr 2026 14:01

"Qalatasaray"ın yeni transferi Aleksey Batrakovun şəxsi həyatında da dəyişiklik baş verir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşı İrina Podşibyakina onun Türkiyədəki karyerasına dəstək vermək məqsədilə Rusiyadakı işindən ayrılaraq İstanbula köçmək qərarına gəlib.

Rusiyanın qadınlardan ibarət milli komandasının sabiq üzvü olan Podşibyakina futbolçu karyerasını başa vurduqdan sonra televiziya sahəsində çalışmağa başlamışdı. Lakin ərinin yeni klubunda qarşılaşacağı dəyişikliklər onun da gələcək planlarına təsir edib.

İrina həyat yoldaşının Türkiyədəki yeni mühitə daha rahat uyğunlaşması üçün onun yanında olmağı üstün tutub. O, həmçinin İstanbul həyatına alışmaqda Batrakova dəstək göstərməyi qarşısına məqsəd qoyub.

Artıq cütlüyün Türkiyədə birgə yaşayacağı mənzil üçün axtarışlara başladığı bildirilir. Beləliklə, Podşibyakina şəxsi həyatında yeni mərhələyə qədəm qoymağa hazırlaşır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)