Qaradağda maşın piyadanı vuraraq öldürüb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Abşeron Ticarət Mərkəzinin qarşısında baş verib.
Belə ki, İbrahim İbrahimov idarə etdiyi "Vaz-21154" markalı avtomobillə hərəkətdə olarkən piyada 1946-cı il təvəllüdlü Əfsər Əhmədovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxana çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)