Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı

4 Noyabr 2026 09:26

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)