Nikolas Keyc evsiz qaldı

4 Noyabr 2026 09:30

Hollivud ulduzu Nikolas Keyc yaşadığı problemlə əlaqədar evini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sentyabr ayında Malibudakı malikanəsinin torpaq sürüşməsi nəticəsində çökmə riski ilə üzləşdiyini və hazırda hotellərdə qaldığını açıqlayıb.

Keyc baş verən hadisədən sonra yaşayış yerini dəyişdiyini gizlətməyib. O, hazırkı vəziyyətini belə ifadə edib:

"Hazırda bir qədər evsiz qalmışam. Malibudakı evimlə bağlı xoşagəlməz hadisə baş verib. Buna görə də hotellərdə yaşayıram".

Məlumata görə, okean sahilində yerləşən və təxminən 10,5 milyon dollar dəyərində qiymətləndirilən mülk güclü yağışlar və sahil eroziyası səbəbindən ciddi təhlükə altına düşüb. Sentyabrın 8-də yayılan kadrlarda malikanəyə aparan avtomobil yolunun yaxınlığında iri çuxurun yarandığı görünür. Ərazidəki asfalt və beton örtük çökərək dağıntılarla birlikdə torpağın altına düşüb.

Hadisənin miqyası səbəbindən aktyorun qonşularının da evlərindən çıxarılmasına ehtiyac yaranıb. Beləliklə, Nikolas Keyc malikanəsinin vəziyyəti ilə əlaqədar bir müddət hotellərdə yaşamalı olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)