Vəfa Seyidova işdən çıxdı

4 Noyabr 2026 09:02

AzTV-nin aparıcısı Vəfa Seyidova çalışdığı kanaldan ayrılıb.

Milli.Az xəbər verir ki, teleaparıcı bu barədə məlumatı sosial şəbəkə hesabında verib:

"Möhtəşəm məktəb idin AZTV. Karyeramın "ən"lərini burada yaşadım. İşlədiyim müddət ərzində başda sədrimiz olmaqla rəhbərliyin göstərdiyi etimad və mənim bu etimad qarşılığında göstərdiyim səy bu 3 ildə əla nəticələr ortaya qoydu. Hər şeyə görə çox sağ ol doğma kanal. Mənim işığım isə başqa yolları aydınlatmağa davam edəcək".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)