Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)

4 Noyabr 2026 10:45

"Diriliş Ertuğrul" serialını izləyən zaman güclü həyəcan yaşayan kişi infarkt keçirib.

Milli.Az xəbər verir ki, vəziyyəti pisləşən şəxs Bakıda xəstəxanaya yerləşdirilib.

Müayinələr nəticəsində ona infarkt diaqnozu qoyulub və vaxt itirilmədən əməliyyata götürülüb.

Həkimlər pasiyentin ürək damarına stent yerləşdirərək müdaxiləni həyata keçiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)