Xırdalanda 12 yaşlı qız itkin düşüb

3 Noyabr 2026 23:24

Xırdalanda bir qolu olmayan qız itkin düşüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 12 yaşlı qız "Kristal Abşeron" yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb. 

Yeniyetmə qızın əlil olduğu bildirilir. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin qız barəsində axtarış elan olunub. 

Polis tərəfindən itkin düşmə kimi axtarışa verilən həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)