Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)

3 Noyabr 2026 21:49

25, 11, 2 min manat... Hətta ofis, sənədlər də var..

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir qrup şəxs maşın almaq istəyərkən dələduzluğun qurbanı olduğunu idda edir.

Belə ki paytaxt sakinləri Zahir Abdullayev adlı şəxsdən  ilkin ödənişlə avtomobil alıb. Daha sonra aylıq olaraq pulların qalanını ödəyiblər. Lakin sonradan maşınları müxtəlif vədlərlə geri istənilib. Buna aldanan şəxslər həm nəqiyyat vasitəsindən, həm də pullarından olublar.

Dünən zərərşəkmişlərin polisə müracətindən sonra isə məlum olub ki, Zahir adlı şəxs ölkəni tərk edib.

Bəzi zərərçəkmişlərə isə taksi fəaliyyəti zamanı sürücülərin adına gələn cərimələrin ödəndiyi deyilərək pul qaytarılmayıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)