"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı

3 Noyabr 2026 22:10

Müğənni İbrahim Borçalı 9 kiloqram arıqladığını açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb.

"9 kiloqram arıqlamışam. Sağlamlığım üçün yaxşıdır. Artıq pis vərdişlərdən uzaqlaşdım. Bir az yaşamaq lazımdır. Həyat yoldaşım və qızım üçün yaşamalıyam" deyə, İ.Borçalı bildirib.

Qeyd edək ki, İbrahim Borçalı qızının nişanına hazırlaşır. Mərasimin bu ayın sonunda keçirilməsi planlaşdırılır. Aysunun avqustda "həri" mərasimi olub. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)