Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu

3 Noyabr 2026 21:32

Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə təyin olunub.

Fərhad Quliyev sosial media hesabında bildirib ki, ona həvalə edilən vəzifə Kiyevin təhlükəsizliyinin təmini baxımından məsuliyyətlidir.

"Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm", - deyə o, əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)