Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib

3 Noyabr 2026 20:12

Rusiyanın Orenburq vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar - Elməddin Abışov və Rasət Ocaqverdiyevin fotolarını təqdim edirik.

---------------

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Focus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)