Türkiyə televiziyasının uzunömürlü layihələrindən olan "Arka Sokaklar" serialı fəaliyyətini dayandırıb.
Milli.Az xəbər verir ki, ekran işində "Mesut komiser" obrazı ilə tamaşaçıların rəğbətini qazanan Şevket Çoruh da serialın gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.
Aktyor son açıqlamasında layihənin artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, 751-ci bölüm serialın sonuncu seriyası olub və ekran işinin yenidən çəkilməsi, yaxud davam etdirilməsi nəzərdə tutulmur.
Xatırladaq ki, 5 iyun 2026-cı ildə yayımlanan 751-ci bölüm əvvəlcə mövsüm finalı kimi təqdim edilmişdi. Lakin son açıqlama ilə serialın 20 illik ekran tarixçəsinə birdəfəlik nöqtə qoyulduğu məlum olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)