İspaniyada qapıçı ilə toqquşan futbolçu öldü

3 Noyabr 2026 13:27

İspaniya La Liqa 2-də baş tutan "Tenerife" - "Andorra" (2:2) matçında dəhşətli anlar yaşanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Xesus de Migel qarşılaşmanın son dəqiqələrində rəqib qapıçı Xesus Ovono ilə toqquşub. 

O, huşunu itirərək yerə yıxılıb və ürəyi dayanıb. Həkimlərin müdaxiləsindən sonra onun nəbzi bərpa olunub. 

Hücumçu huşsuz halda xəstəxanaya çatdırılıb. 

"Tenerife" məlumat yayaraq Xesud De Migelin xəstəxanada vəfat etdiyini açıqlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)