AzTV-nin idman xəbərləri üzrə müxbiri Həcər Vəliyevanın eyni telekanalda aparıcı kimi çalışan həyat yoldaşı ilə birgə görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, cütlüyün videosunu izləyənlərin bir qismi aparıcıların ailəli olmasından xəbərsiz olduqlarını bildiriblər. Bu səbəbdən görüntülər sosial media istifadəçiləri arasında maraqla qarşılanıb.
Televiziya əməkdaşlarının şəxsi həyatına dair bu detalın üzə çıxması izləyicilər üçün gözlənilməz olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)