Dünya bazarında neft bahalaşdı

3 Noyabr 2026 09:36

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 105,27 ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,63% artaraq 97,07 ABŞ dollarına bərabər olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)