Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır.
Milli.Az xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş.
Kəsilmiş şabalıdları bişirməzdən əvvəl ilıq suya qoyarkən qabın içinə yalnız 1 ədəd qənd atmaq bütün strukturu dəyişir. Qənd şabalıdın xarici qabığı ilə iç əti arasındaki yapışqan bağı zəiflədir və lif təbəqəsinin nəm saxlamasını təmin edir.
Bişirmə zamanı əlavə olunan bu 1 ədəd qənd istiliklə birlikdə buxar balansı yaradaraq qabığın quruyub büzüşməsinin qarşısını alır.
Şabalıdlar sobadan və ya ocaqdan çıxdığı anda heç bir müqavimət göstərmədən açılır. Dırnaq zədələmədən və ya bıçaqla parçalamadan tək həmlə ilə soyulan şabalıdlar həm israf olmur, həm də küçədəki o köz qoxulu yumşaq ləzzəti evə gətirir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)