Dövlət Baxçalıya ağır itki üz verdi

2 Noyabr 2026 22:57

Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalının bacısı Serpil Baxçalı dünyasını dəyişib.

Uzun illər Ankarada qardaşı Dövlət Baxçalı ilə eyni evdə yaşayan Serpil Baxçalı Osmaniyədə dəfn olunacaq.

Altı övladlı Baxçalı ailəsinin dördüncü övladı olan Serpil Baxçalı ailə həyatı qurmayıb. O, "Ziraat Bankası" və "Pamukbank"da çalışdıqdan sonra təqaüdə çıxmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)