Sabah Şəki rayonunda iki kəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Qoxmuq və İnçə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)