Beynəlxalq Muğam Mərkəzi və Space TV-nin dəstəyi ilə keçirilən "AVAZ-7" Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub.
Bildirilib ki, hələ çox kiçik yaşlarında Ulu Öndər Heydər Əliyevin qarşısında Azərbaycan Himnini oxuyan qəhrəman vətən oğlunu bu gün tamaşaçılar dərin ehtiramla yad edirlər.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən "AVAZ" Televiziya Uşaq Muğam Müsabiqəsi Azərbaycan muğam sənətinin təbliği, milli musiqi ənənələrinin qorunması və istedadlı uşaqların üzə çıxarılması məqsədilə yaradılıb.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdə yaşayan 8-18 yaş arası azərbaycanlı uşaqlar seçilərək muğam ustadlarının rəhbərliyi ilə peşəkar hazırlıq keçirlər. İştirakçılar canlı ansamblın müşayiəti ilə çıxış edir, tanınmış sənət adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilirlər.
Dörd tur və finaldan ibarət olan müsabiqənin qalibləri "Qran-Pri"və diplomlomlarla mükafatlandırılır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az