Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)

2 Noyabr 2026 22:34

"Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov həbsdən çıxdıqdan sonra ilk dəfə paylaşım edib.

Milli.Az xəbər verir ki, ifaçı öz videosunu yayımlayaraq "Sizə Halloween obrazımı göstərmək istəyirəm. Necədir?" sözlərini deyib.

Qeyd edək ki, Navai bir müddət əvvəl Qazaxıstandan deportasiya edildikdən sonra Moskvaya qayıdıb.

Xatırladaq ki, reper Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılmışdı. Daha sonra onun barəsindəki cinayət işinə xitam verilib və ölkədən deportasiya olunub. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)