Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın söndürülüb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.
Xidmətin məlumatına əsasən, yanğın körpüdəki mağazalardan birində başlayıb və daha sonra ətrafa yayılıb.
Yanğının aradan qaldırılmasında 10-a yaxın yanğınsöndürmə maşını iştirak edib.
__________
Tbilisinin mərkəzində güclü yanğın baş verib.
Milli.Az Gürcüstan mətbuatına istindən xəbər verir ki, yanğın "Stansiya Meydanı" yaxınlığındakı piyada körpüsündə başlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)